top of page
Sonya Refreshing Gel Cleanser

Sonya Refreshing Gel Cleanser

47,51 AZNFiyat

Ənənəvi üz təmizləyicilərindən uzaqlaşın. Sabun əsaslı üz təmizləyicilərin əvəzinə sabitləşdirilmiş Aloe Vera gel və güclü bitkilərdən hazırlanmış təravətləndirici gel-təmizləyici dərinizi zədələmədən və quruluq hissi vermədən təmizləyir. Sərinləşdirici gel dərinizə toxunduğu andan etibarən onun üzdə çox köpüklənən və ağırlıq hissi verən digər gellərdən fərqini dərhal hiss edəcəksiniz. Dünyada yayılmış inqredientləri özündə cəmləyən Aloe gelimiz səhər və axşam üzünüzü təmizləməklə ona yumşaqlıq və sərinlik bəxş etmək üçün ən son yeniliklərlə hazırlanmışdır. Qarışıq üz dərisinə istifadəni dəstəkləmək üçün alma aminturşusu və hidroksiasetofenon təravətləndirici gel-təmizləyicidə yumşaq köpüklənməni artırır. Akasiya çiçəyi ekstraktına Asiyanın tropik meşələrində rast gəlinir və bu təbii təmizləyici üz dərisindəki ölü hüceyrələri, kiri və makiyaj qalıqlarını yumşaq təmizləmə üsulu ilə aradan qaldırır.Refreshing Gel Cleanserin tərkibinə nəinki təmizləyici maddələr, hətta soyuq şəkildə sıxılmış baobab yağı daxildir – bu yağ doymamış yağ turşusu kimi dəyərləndirilir. Baobab yağı Seneqaldakı ağaclardan əldə olunur. Yerli əhali arasında “Həyat ağacı” kimi tanınan bu ağacın 500 ildən artıq ömrü vardır. Bu ağacın gücü və uzunömürlülüyü formulumuzun mükəmməl keyfiyyətinin artmasına təkan verir.

  • Tərkibi

    Aloe Barbadensis Leaf Juice (Stabilized Aloe Vera Gel/ gel d’aloès officinal stabilisé), Water (Aqua/Eau), Decyl Glucoside, Propanediol, Caprylyl Methicone, Polyacrylate Crosspolymer-6, Sodium Cocoyl Glycinate, 1,2-Hexanediol, Adansonia Digitata Seed Oil Polyglyceryl-6 Esters, Sorbitan Oleate Decylglucoside Crosspolymer, Coco-Glucoside, Glyceryl Oleate, Acacia Concinna Fruit Extract, Balanites Aegyptiaca Fruit Extract, Gypsophila Paniculata Root Extract, Caprylhydroxamic Acid, Caprylyl Glycol, Ethylhexylglycerin, Sodium Cocoyl Apple Amino Acids, Caesalpinia Spinosa Gum, Hydroxyacetophenone, Disodium EDTA, Potassium Sorbate.

  • İstifadə Qaydası

    Yetərli qədər geli nəm barmaqlarınızla üzünüzə tətbiq edərək masaj edin. Sonra su ilə yaxalayın. Daha yaxşı nəticə əldə etmək üçün Illuminating Gel və ya Refining Gel Mask ilə birlikdə istifadə edin.

    Gözə təmasdan qaçın. Gözdə qıcıqlanma zamanı su ilə yaxalayın. Qıcıqlanma davam edərsə, istifadəni dayandırın və həkimlə məsləhətləşin

bottom of page