Aloe Sunscreen
Sabitləşdirilmiş Aloe Vera geli əsasında hazırlanmış krem gündən qorunma faktoru 30-a (SPF) malikdir və Sizi iki növ UVA və UVB ultrabənövşəyi şüalardan qoruyur.Hər iki növ dəri örtüyündə qızartı əmələ gəlir, ancaq onların arasında əhəmiyyətli fərq mövcuddur. UVA şüaları dərinin qocalmasına, UVB isə onun qaralmasına səbəb olur. UVA şüaları dərinin dərinliyinə nüfuz edirlər və quruluğa, qırışların əmələ gəlməsinə, (elastikliyin zəifləməsi nəticəsində) dərinin solğunluğuna və ləkələrin yaranmasına (çilə bənzər) gətirib çıxarır. UVB şüaları, digər tərəfdən xarici zərər vurur: dərinin qızarmasından yanıq suluqlarına qədər. Aloe Sunscreen kremi Sizin dərinizi təhlükəli günəş yanıqlarından və ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur, bundan əlavə, qaralmadan sonra dərini gözəl nəmləndirir. Siz onun zərif, ancaq güclü suitələyici formulunu bəyənəcəksiniz. Onun gündən qoruma effekti suda 40 dəqiqə keçirdikdən sonra belə öz təsirini itirmir! Ekspertlər məsləhət görür ki, gündən qorunma vasitələrindən bütün il boyu istifadə etmək lazımdır, ona görə də çalışın bütün il üçün ehtiyatınızı tutasınız.
Tərkibi
Sabitləşdirilmiş Aloe Vera geli, Benzofenon-3, etilheksil metoksisinamit, etilheksil salisilat, sink oksid, su, siklometikon, S12-15 alkil benzoat, setil spirti, dimetikon, stearil spirti, qliseril stearat, natrium ftalamat stearil, aromatizator, ksantan qatranı, tokoferol asetat, diazolidinil sidik cövhəri, metilparaben, propilparaben.
İstifadə Qaydası
Günəş vannasının qəbulundan əvvəl və sonra bədənin bütün hissələrinə çəkin.