top of page
Aloe Moisturizing Lotion

Aloe Moisturizing Lotion

30,75 AZNFiyat

Aloe nəmləndirici losyonu – üz, əl, o cümlədən bütün bədənə qulluq üçün mükəmməl nəmləndirici kremdir. Hər dəfə Siz küçəyə çıxanda və dərinizi günəş şüalanmasına məruz qoyduqda Sizin dəriniz nəm itirir. Nəmləndirici losyon Sizin susamış dəriniz üçün mükəmməl içkidir. Bu losyonun əsas tərkib hissəsi dərini dərindən nəmləndirmək və dəri hüceyrələrinin regenerasiya prosesini sürətləndirmək xassələrinə malik Aloe Vera gelidir. Bundan əlavə, bu kremin tərkibində nəmi dərinin məhz lazım olan yerlərinə çəkən və özündə saxlayan metil qlüset-20 və sorbitol kimi iki element vardır. Bununla yanaşı, bu maddələr nəmi havadan özünə çəkmək və onu bizim dəriyə vermək kimi xüsusiyyətə malikdirlər. Bu kremin daha bir vacib elementi dərini müdafiə edən jojoba yağıdır. Aloe nəmləndirici losyonu həmçinin, dəri üçün əvəzedilməz element olan ərik yağı, üstəgəl kollagen və qırışların açılması və dərinin üst qatını nəmləndirici elementlərlə zənginləşdirən elastinə malikdir. Həll edilən kollagen birləşdirici hüceyrələrin əsas komponentidir, yaşlandıqca onlar həll olmaq xüsusiyyətini itirir və dərinin elastikliyi azalır, nəmi daha zəif udur, nəticədə dərinin qocalmasına və qırışların əmələ gəlməsinə gətirib çıxarır. Elastin bağlayıcı hüceyrələrin daha bir əsas komponentidir, dərinin məsamələrini genişləndirmək və sıxlaşdırmaq xassələrinə malikdir. Yaş ötdükcə elastin azalır və dəri öz elastikliyini itirir, bu da qırışların əmələ gəlməsinə gətirib çıxarır. Ona görə də losyonun tərkibində olan kollagen və elastin Sizin cavan dərinizin ömrünü uzadır. Əsasən yağlı kremləri sevməyənlər bu kremi nəmləndirici gündüz kremi kimi istifadə edə bilərlər. Dərini dərindən nəmləndirərək və qidalandıraraq krem eyni zamanda onu ətraf mühitin təsirlərindən müdafiə edir. Krem ağcaqanadların dişləməsinin, arıların sancmasının, sürtünmələrin və kiçik kəsiklər, cızıqlar və sairənin müalicəsi üçün istifadə edilə bilər. Krem, ondan qənaətlə istifadə etməyə imkan verən və daxilinə çirkin və bakteriyaların keçməsinə mane olan rahat bağlamada istehsal edilir.

  • Tərkibi

    Sabitləşdirilmiş Aloe Vera geli (36%), deionizirə edilmiş su, stearin turşusu, S12-15 alkil benzoat, qliseril stearat, hidrolizə edilmiş poliizobuten, metil qlüset-20, sorbitol, ərik yağı, polisorbat 60, üçetanolamin, setil alkoqol, həll edilən kollagen, hidrolizə edilmiş elastin, jojoba yağı, tokoferol (E vitamini), natrium hialuronat, natrium PCA, çobanyastığı ekstraktı, allantoin, dimetikon, polietilenqlikol-100 stearat, askorbin turşusu (C vitamini), diazolidinil sidik cövhəri, metilparaben, propilparaben, aromatizator.

bottom of page