top of page
Aloe Jojoba Conditioner

Aloe Jojoba Conditioner

47,02 AZNFiyat

Saçlarınıza qulluq zamanı daha  yaxşı nəticə əldə etmək istədiyinizdə effektli kondisioner böyük dəyişiklik yarada bilər. O, şaçınızı yumşaldır, hamarlaşdırır və ona daha asan forma verməyə imkan verir. Sulfatsız Aloe-Jojoba Kondisioneri saç köklərini dərindən qidalandırır, gücləndirir və şaç dərisini nəmləndirir. Bizim yüngül teksturalı formulumuz gündəlik istifadə üçün mükəmməl bir vasitədir və tərkibinə saçı ağırlaşdırmadan nəm balansını qoruyan 3 müxtəlif yağ daxildir. Jojoba yağı saçları gücləndirən və qalınlığını artıran təbii yağlarla zəngindir.  “Mərakeşin maye qızılı” adlandırılan arqan yağı tərkibindəki E vitamininin antioksidant gücü ilə saçları qidalandırır. Bundan əlavə, saçları C, E və B vitaminləri ilə gücləndirməklə onların yumşaq və nəmli qalması üçün tərkibinə itburnu yağı əlavə etmişik. Aloe-Jojoba Kondisionerinin əsas tərkib hissəsini öz tarlamızdan əldə olunan sabitləşdirilmiş Aloe Vera təşkil edir. Onun yarpağının lətində olan 75 aktiv komponent saç dərisini yumşaldır və saçınıza təbii parlaqlıq bəxş edir. Aloe-Jojoba Kondisionerini saçın asanlıqla daranması və eyni zamanda saç tellərinin hamar olması üçün Aloe-Jojoba Şampunu ilə birlikdə istifadə edərək mükəmməl nəticə əldə edə bilərsiniz. Bu sakitləşdirici kondisioner, şampun kimi eyni canlandırıcı qoxuya malikdir: tropik meyvə, şəkərli şirin krem və yemiş. Formulumuzun istifadəsində heç bir yaş və cinsiyyət məhdudiyyəti yoxdur. Beləliklə, Aloe-Jojoba Kondisioneri ailənizin bütün üzvləri üçün mükəmməl vasitədir.

  • Tərkibi

    Aloe Barbadensis Leaf Juice (Stabilized* Aloe Vera Gel/gel d’aloes officinal stabilise*), Water (Aqua/Eau), Cetyl Alcohol, Behentrimonium Chloride, Cetearyl Alcohol, lsoamyl Laurate, 1,2-Hexanediol, Argania Spinosa Kernel Oil, Rosa Canina Fruit Oil, Simmondsia Chinensis (Jojoba) Seed Oil, Caprylyl Glycol, Ethylhexylglycerin, Hexylene Glycol, Hydrolyzed Jojoba Esters, Phenoxyethanol, Fragrance (Parfum).

  • İstifadə Qaydası

    Aloe-Jojoba Şampunu ilə yuduqdan sonra Aloe-Jojoba Kondisioneri ilə saçınızı masaj edin və 2-3 dəqiqə saxlayın. Sonra saçınızı yaxşıca yaxalayın və qurulayın.

bottom of page