top of page
Aloe Heat Lotion

Aloe Heat Lotion

30,75 AZNFiyat

Aloe Hit dərini nəmləndirərək onu sakitləşdirir, istilik isə şişkinliyi, iltihabı, əzələlərdə, vətərlərdə, oynaqlarda göynəyən ağrıları kəsməkdə kömək edir. Aloe Hit ultrasəs prosedurlarının aparlıması üçün mükəmməl olan konsistensiyaya malikdir. Əzələlər gərginlik keçirdiyi, o cümlədən zədələr, dartılmalar və ya artritlər, bel ağrıları, əzələlərin, vətərlərin və ya oynaqların iltihabı zamanı kremdən istifadə etmək olduqca təsirlidir. Hematoma, həşəratların zəhərsiz sancmaları, bakterial, dərinin virus və göbələk yoluxmaları, o cümlədən ayaq pəncələrinin epidermofitiyası: səpkilər və kiçik dəri qıcıqlanmaları zamanı da həmçinin krem yaxşı kömək edir.Aloe Hitin tərkib hissələrinin stimullaşdırıcı təsiri dərialtı qan dövranının sürətlənməsinə kömək edir. Məhz buna görə bu krem soyuqdəymə zamanı kürəyə, sinə nahiyəsinə və ayaq pəncələrinə sürtülmədə uğurla istifadə edilir. Daha yaxşı nəticə əldə etmək üçün emulsiyanı gündə 4 dəfə bir neçə dəqiqə ərzində sürtmək lazımdır. Aloe Hit sakitləşdirici, rahatlaşdırıcı masaj zamanı istifadə edilir. Belə masaj bütün orqanizmdə qan dövranını stimullaşdırır, yorğunluğu çıxarır, əhval-ruhiyyəni yaxşılaşdırır. Krem dərinə nüfuz etmə xassəsinə malikdir və ona görə də dərinin dərin zədələnmələri və yaralar zamanı ondan istifadə etmək olmaz, çünki yoluxucuların orqanizmin dərinliyinə işləmə ehtimalı var.Masaj kremi, bakteriyalar və s. çirklənmələrin daxilə nüfuz etməsinin qarşısını alan və qənatəli istifadəni təmin edən rahat bağlamada istehsal edilir.

  • Tərkibi

    Sabitləşdirilmiş Aloe Vera geli (38%), deionizirə edilmiş su, metil salisilat, propilen qlikol, qliseril stearat, setil spirti, mentol, trietanolamin, evkalipt yağı, ərik yağı, petrolat, küncüt yağı, lanolin, jojoba yağı, olein turşusu, stearat PEG, karbomer, allantoin, lanolin spirti, askorbin turşusu, diazolidinil sidik cövhəri, metilparaben, propilparaben.

  • İstifadə Qaydası

    Dərinin altına tərlədici mikroorqanizmlərin və allergenlərin keçməsi ehtimalını minimuma endirmək üçün kremin çəkiləcəyi yeri dərindən təmizləmək lazımdır. Tələb olunan yerə kremin normal qatını çəkin və beş dəqiqə ərzində yüngül masaj edin.

bottom of page