top of page
Aloe Activator

Aloe Activator

26,86 AZNFiyat

Aloe Aktivator – təmiz Aloe Vera geli və hüceyrələrin inkişafı və bərpasına kömək edən orqanik allantoindir. Aktivatorun tərkibində həmçinin, təravətliyi qoruyan və mikrob yoluxmasından müdafiə edən metilparaben vardır. Aloe Aktivator – fermentlərdən, aminturşulardan və polisaxaridlərdən ibarət olan mükəmməl nəmləndiricidir. Konturlu kirşan-maskanın tozu ilə qarışdırdıqda, o maskanın komponentləri ilə sinergik surətdə təsir göstərir. Maska yalnız dərini təmizləyib, ölü hissəcikləri aradan qaldırmır, eyni zamanda dərini nəmləndirir və havalandırır. Ölü hissəcikləri təmizləyərkən Sizin dərinizə təravətli və parlaq görünüş bəxş edən cavan hüceyrələr üzə çıxır. Aloe Aktivatorun qələvi-turşuluq göstəriciləri 4,5-ə bərabərdir, ona görə də Aloe Aktivator əsasında hazırlanmış maskanı hətta dərinin ən zərif olduğu hissələrdə, göz ətraflarında da istifadə etmək olar. Aloe Aktivator ekzem, dermatit, çivzə səpkiləri, impetiqo, seboreya, kəpək, alopesiya, sklerodermiya, psoriaz, dermatomikoz, qasıq epidermofitiyası, soyuqdəymə qızdırması (herpes simpleks), ziyil, sıyrıntı, zədələr, müxtəlif növ dartılmalar, miozit (əzələlərin iltihabı), əzələ spazmaları və ağrıları, yaralı qinqivit, herpetik stomatit, diş protezləməsi, çənə-üz əməliyyatları zamanı əməliyyatdan sonrakı mərhələlər, radiasiya, günəş və kimyəvi yanıqlar, qıcıqlanmalar və dəri yoluxmaları zamanı xaricə istifadə üçün münasibdir. Aloe Aktivatorun təsir prinsipləri üzərində qısaca dayandıqda, bilmək lazımdır ki, onun tərkibində əhəmiyyətli miqdarda qidalandırıcı maddələr var. O, həmçinin gözəl nüfuzetmə xassəsinə və fermentativ fəallığa malikdir.

  • Tərkibi

    Sabitləşdirilmiş Aloe Vera geli (99,6%), allantoin.

  • İstifadə Qaydası

    Aloe Aktivator dəri təmizləyici və ya təravətləndirici kimi istifadə olunan çoxməqsədli dəriyə qulluq vasitəsidir. Dəri təmizləyicisi və ya təravətləndiricisi kimi bu məhsulu pambıq tampona tətbiq edin və bütün üz və boyun nahiyənizi yumşaq hərəkətlə təmizləyin.

bottom of page