top of page
Ara
  • Yazarın fotoğrafıNSPARK

EECP Müalicəsi Nədir?

Güncelleme tarihi: 13 Ağu 2023

Riskli ürək xəstələrində müalicə üsulu.

EECP (gücləndirilmiş Xarici Konturöulsasiya) ilə müalicə üsulunda prinsip, xüsusi bir cihaz ilə ürəyin qan axımını artırmaq, qan dövranını rahatlaşdırmaq və ürəkdə yeni (kapilyar) damarların inkişafına yardım etməkdir. Bu səbəbdən bu müalicə üsuluna "Təbii Bypass" və ya "Əməliyyatsız Bypass" da deyilir.


EECP cihazə və istifadəsi koronar arteriya xəstəliyi və ürək çatışmazlığının müalicəsi üçün ABŞ Səhiyyə Departamenti və FDA tərəfindən təsdiq edilmişdir. Son illərdə EECP istifadəsi hipertoniya, şəkərli diabet və iktidarsızlıqdada müsbət təsirlər müşahidə edilmiş və bu mövzularda elmi tədqiqatlara başlanmışdır.


EECP Müalicəsindən Kimlər Faydalanır?

  • Risklərinə görə koronar bypass əməliyyatı keçirmək üçün tibbi cəhətdən əks göstəriş olan xəstələr,

  • Daha əvvəl koronar bypass əməliyyatı olmuş, bypassları yetərsiz vəya tıxanmış və əməliyyatı riskli olan xəstələr,

  • Ürək çatışmazlığı riski səbəbiylə əməliyyatı qətiyyən istəməyən xəstələr,

  • Ürək çatışmazlığı olan xəstələr,

  • Kardiyomiyopatiyası olan xəstələr.

EECP müalicəsinin üstünlükləri nələrdir?

  • Heç bir risk daşımır,

  • Heç bir ağrı vəya sıxıntı yoxdur,

  • Xəstəxanaya yatması tələb olunmur,

  • 1 saatlıq müalicə ilə 24 - 36 seans 1 - 1,5 ay ərzində tamamlanır,

  • Hətta ən ağır xəstələrdə belə 70 - 80% faydası vardır

EECP müalicəsinin nəticələri nələrdir?

  • Ürəyi qidalandıran tac damarları daha yaxşı qanlandığından, döş qəfəsində ağrı (stenokardiya) ağrı olan xəstələrin şikayətləri əhəmiyyətli dərəcədə azalır,

  • Zamanla ürəyi qidalandıran yeni kapilyar (kollateral) qılcal damarlar inkişaf edir,

  • Qan dövranı azaldıqca ürəyə düşən güc azalır,

  • Bütün orqanlarda xüsusilədə böyrəklərdə qan dövranında artma olur.

EECP müalicəsi necə tədbiq olunur?


EECP masasına yerləşdirilən xəstənin baldır və budlarına xüsusi manjetlər bağlanır. Xəstənin ürək döyüntülərini izləmək üçün ekg elektrodları bağlanaraq monitora qoşulur. Cijaz işə salındıqda, ayaqlara birləşdirilmiş manjetlər ürək döyüntülərinə uyğun olaraq müəyyən ardıcıllıqla şişirdilməyə və boşalmağa başlayır. Prosedur zamanı xəstələr heç bir ağrı və narahatlıq hiss etmirlər. Təqribən 60 dəqiqə dəvam edən müalicə zamanı xəstələr qazet və jurnal oxuya və televizora baxa bilərlər.


Kompyuterlə idarə olunan cihaz xəstənin ritminə uyğun olaraq ürəyin boşalması zamanı manjetləri aşağıdan yuxarı doğru şişirdir, eyni şəkildə ürəyin vurma anında manjetləri havalandırır, başqa sözlə işlədir. Ürəyi qidalandıran koronar damarlar ürək gəvşədikcə (diastol) qanla təmin olunur, EECP manjetlərini şişməsi isə qan təzyiqini artırır, koronar arteriyaların qan axımını artırır. Ürəyin kasılma mərhələsində manjetlər birdən aşağı enir, buda qan təzyiqinin azalmasına və ürəyin iş yükünün azalmasına səbəb olur.










53 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Yorumlar


bottom of page