top of page
Ara
  • Yazarın fotoğrafıNSPARK

ALOE VERA BİTKİSİ VƏ FAYDALARI

Aloe vera faydalarına görə qədim Misirdə ölümsüzlük bitkisi adlanırdı. Hindlilərin cənnətin sehrli çubuğu adlandırdıqları aloe vera həm tibb, həm də gözəllik sənayesində tez-tez istifadə edilən son dərəcə faydalı bir bitkidir. Saçımızdan ayaq dırnaqlarımıza qədər bədənimizə saysız-hesabsız faydası olan aloe vera bitkisi zanbaq fəsiləsindən olan kaktusa bənzəyən bir bitkidir və araşdırmalar nəticəsində bir çox faydası sübut edilmişdir. Aloe Vera bitkisinin populyarlığı qədim zamanlardan bu günə qədər davam edir. Bir çox dərman müalicələrində, o cümlədən kosmetik məhsullarda istifadə olunur.

Aloe vera ən azı 6000 ildir müalicəvi xüsusiyyətləri ilə tanınır. İlk dövrlərdə bu bitki “ölməzlik otu” kimi tanınırdı və Misir fironlarına dəfn mərasimi hədiyyəsi kimi təqdim edilirdi. Tədqiqatlar göstərir ki, zaman keçdikcə bir çox coğrafi bölgələrdən olan qruplar yerli Amerikalılar, Çinlilər, Meksikalılar və Şimali Amerikalılar da daxil olmaqla aloe veradan istifadə ediblər. İnsanlar bitkinin müalicəvi faydalarını çoxdan bilirdilər və bu illər ərzində "yanıq bitkisi", "səhra zanbağı" və "fil ödü" kimi tanınan aloedən yaraların, saç tökülməsinin, hemoroidin müalicəsində istifadə edirdilər.


ALOE VERA BİTKİSİNİN FAYDALARI NƏDİR?

Zədələnmiş toxumaların regenerasiya (bərpası) prosesini sürətləndirir. Orqanizmin funksional işini aktivləşdirir, toksiki maddələrdən təmizləyir, immun sistemini gücləndirir və orqanizmdə gedən maddələr mübadiləsini yaxşılaşdırır. Həmçinin mədə-bağırsaq sistemində gedən həzm prosesinə müsbət təsiri vardır. Aloe vera həzm sistemini gücləndirir. Mədə xəstəliklərini minimuma endirir. Kolon xərçəngi riskini azaldır. Bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur. Bağırsaq göbələklərini aradan qaldırır.

Ürək-damar sağlamlığı üçün faydalıdır. Aloe vera ürək-damar sisteminin funksional işinin bərpasında, ürək əzələlərinin elastikliyinin artmasında və qidalanmasında, gərginliyin götürülməsində rolu vardır. Həmçinin damarların elastikliyini, möhkəmliyini və sıxlığını artırır. Arterial təzyiqi tədricən stabilləşdirir və qan dövranını yaxşılaşdırır. Xolesterol səviyyəsini tarazlıqda saxlayır Qan dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.

Dəriyə aloe vera tətbiq edildikdə, xüsusilə quru dərilərdə ümumi qabıqlanma və qızartı problemlərinin sağalmasına kömək edir. Günəş şüalarının zərərli təsirindən yaranan yanıqlar, dəri iltihabları və yanıqlar aloe vera komponentlərinin köməyi ilə müalicə olunur. Aloe vera sızanaqları müalicə etmək üçün istifadə olunur. Günəş yanığı üçün faydalıdır. Antioksidant xüsusiyyətləri sayəsində dəri yanıqlarını tez müalicə edir. Dərinin qocalmasının qarşısını alır. Aloe vera bitkisi ilkin mərhələdə xərçəng şişlərinin yaranmasının qarşısını ala bilər.

Məlumdur ki, böyrəkləri xəstəliklərdən qoruyan təsirə malik olan aloe vera orqanizmdə fermentləri saxlamaq qabiliyyətinə malikdir. İnfeksiyanın əmələ gəlməsinin qarşısını alır. Qana oksigeni yeridən aloe vera bitkisinin iltihab problemlərində də müalicəvi quruluşa malik olduğu müşahidə edilmişdir.

Aloe vera orqanizmi rentgen şüaların təsirindən qoruyur və radioaktiv maddələri orqanizmdən xaric edir. Aloe vera antimikrobiyal xüsusiyyətlərə malikdir. Bədəndə mineralları və vitaminləri saxlayır. Şəkərli diabet üçün faydalı olduğu müşahidə edilmişdir. Aloe vera gel həşərat dişləmələrinə qarşı faydalıdır. Aloe vera kremi sızanaqları aradan qaldırmağa kömək edir. Ekzema və sedef xəstəliyinə yaxşı gəlir.


Dünyanın ən böyük Aloe vera yetişdiricisi olan FOREVER LİVİNG şirktinin Aloe Veradan hazırlanmış Qida əlavələrini və Dəriyə Qulluq məhsularını MAĞAZAMIZDAN seçəbilərisiniz.














45 görüntüleme0 yorum

Son Yazılar

Hepsini Gör

Comments


bottom of page